Cover Image of ダウンロード Yoldostu Driver 1.1.0 APK

4/5 - 107 投票

ID: com.yolcu.driver

  • 著者:

  • バージョン:

    1.1.0

  • 更新:

今すぐAPKをダウンロード

の説明 Yoldostu Driver


Son zamanlar bu zarafatı tez-tez eşidirik: telefonda \"ulduz\" düyməsindən sonra istənilən dörd rəqəmi yığsan, hansısa taksi xidmətinə düşəcəksən. Bu isə sektorda az qala hər qəpik uğrunda mübarizə gedir. Bolt və Uber kimi brendlərin bazara daxil olması rəqabəti bir qədər də qızışdırdı. Həm şirkətlər rəqəmsallaşmağa başladı, həm də rəqabət qiymətlərə təsir etdi. Açığı, bəlkə də ölkədə yeganə rəqabətli sektordur. Rəqabət qızışdıqca, qiymətlər enir. Başqa sözlə, bu mübarizə qəpiyə güllə atanlara da təsir edir, hər qəpik uğrunda savaşanlara da. Lakin mövzumuz bu deyil...

Şübhəsiz ki, COVİD-19 pandemiyası həyatımızı alt-üst etdi. Elə qazancımızı da... Məsələn, ciblərimizin altını üstünə çevirsək, oradan, etiraf edək ki, pandemiyadan əvvəlki qədər pul çıxmaz. Yaranmış vəziyyətə adaptasiya olunmaqdan başqa çarəmiz yoxdur. Çoxumuz \"econom\" rejimə keçmişik. Dəfələrlə ağlımdan keçib ki, yanacaq (benzin və ya dizel olması fərq etmir) xərclərinə şərik çıxan olsaydı, rayona üz tutardıq. Amma üz-üzdən utanır... Bu cür tanışlarım çoxdur. İnanıram ki, siz də bununla rastlaşmısınız...

Xaricdə isə belə bir praktika var. Oralarda buna raydşerinq deyirlər, bizim məmləkətdə isə yol yoldaşı və ya yol dostu. Qətiyyən taksi ilə qarışdırmayın.

Taksi nədir? Siz sifarişinizi verirsiniz, o isə sizi şirkətin müəyyənləşdirdiyi məbləğ müqabilində mənzil başına çatdırır.

Bəs raydşerinq nədir? Siz yolçuluğunuzu başqaları ilə bölüşürsünüz. Məqsəd, el dili ilə desək, benzin pulunu çıxarmaqdır. İş burasındadır ki, getmək istədiyi marşrutu da sərnişin seçir, gediş haqqını da. Əgər sürücü sizin təklif etdiyiniz məbləğə qane olursa, siz artıq yol yoldaşına, həm də yol dostuna çevrilirsiniz.

Bir məsələnin altından birdəfəlik xətt cızaq - sürücünün məqsədi qazanc deyil, xərclərini azaltmaqdır.

Sadə misalda iş prinsipi sizə daha aydın olar. Fərz edək ki, siz Binə qəsəbəsinin sakinisiniz və Gəncəyə getmək istəyirsiniz. Birbaşa evinizdən getmək sizə çox baha başa gələr. Adım kimi əminəm ki, siz ya \"manatlıq taksi\" ilə \"Koroğlu\" metrostansiyasına getməli olacaqsınız, ya da avtobusla hərəkət edəcəksiniz. Nəzərə alaq ki, pandemiya şəraitində şənbə-bazar avtobuslar işləmir. Həftə içi isə avtobusla \"Koroğlu\" m/s ən yaxşı halda 40 dəqiqəyə çata bilərsiniz. Oradan yenə avtobus dəyişdirməlisiniz - \"20 Yanvar\" m/s qədər tıxacsız yola 40 dəqiqəniz gedəcək. Sonra siz Gəncə istiqamətində gedən mikroavtobus və ya taksilərin dolmasını gözləyəcəksiniz. Ən yaxşı halda bu proses azı 30 dəqiqə aparır. Bakıdan Gəncəyə qədər olan məsafəni mikroavtobus və ya taksi təxminən 4-5 saata qət edir. Bunun üçün 10-15 manatınızdan keçməli olacaqsınız. Xərci və çəkilən xərci hesablamaq çətin deyil.

Təklif edirəm ki, özünüzə bu zülmü verməyəsiniz, odur ki, qayıdaq Binəyə. Smartfonunuzu əlinizə götürün və \"Yol dostu\" mobil tətbiqini yükləyin. Necə ki, onlarla/yüzlərlə sürücü və sizin kimi potensial sərnişin yükləyib. Qeydiyyatdan keçmək olduqca rahatdır. Qeydiyyatdan keçdinizsə, siz bu yardımlaşma ailəsinin bir üzvü oldunuz. Ardınca təyinat məntəqəsi kimi Gəncəni qeyd edin. İndi isə ürəyinizdə keçən məbləği müvafiq xanaya əlavə edin. Fikir verdinizsə, hətta oturmaq istədiyiniz sərnişin oturacağını da bron edə bilərsiniz. İndi isə o istiqamətdə gedən hansısa sürücüdən təsdiq gözləyin. Vəssalam. Amma unutmayın ki, bu, taksi xidməti deyil. Sürücü sizi yolüstü götürəcək. Anlayışınıza arxayınıq. Əminik ki, yolboyu da əla anlaşacaqsınız.

Təbii ki, \"Yol dostu\"ndan istifadə edərək geri qayıtmaq da mümkündür. Üstəlik, hələ evdən çıxmamış qayıdışınızı həll edə bilərsiniz.

Sistemin iş prinsipi sizə aydın oldusa, çəkəcəyiniz xərci (məsələn, 10 manat) nəzərdən keçirin və bunun üstünə rahatlığı gəlin.

Eyni prinsiplə Bakı və Abşeron yarımadası boyunca rahat hərəkət edin.
もっと見せる
  • カテゴリー

    仕事
  • 要件:

    Android 4.2+

Yoldostu Driver 1.1.0 APK にとって Android 4.2+

バージョン 1.1.0 にとって Android 4.2+
更新 2021-09-15
インストール 5.000++
ファイルサイズ 53.971.986 bytes
権限 閲覧許可
新着情報 -Yeni axtarış sistemi
- bütün tarixləri sərnişinləri görmək imkanı
- bugların aradan qaldırılması.

バージョン履歴:

もっと見せる
APKをヒット
もっと見せる